Felipe Luis “Bayer Leverkuzen”ə əsas namizəd baş məşqçidir
“Bayer Leverkusen”in yeni baş məşqçisi postuna əsas namizəd kimi Filipe Luis göstərilir.
90plus.az xəbər verir ki, sabiq “Atletiko Madrid” müdafiəçisi Almaniya klubunun rəhbərliyi ilə danışıqlara başlayıb. Klubda Kasper Yulmanım gələcəyi qeyri-müəyyən olaraq qalır - Sky Sports Brazil.
Filipe Luis son olaraq Braziliyanın “Flamenqo” klubunu çalışdırıb. O, komandası ilə ötən mövsüm həm Libertadores Kubokunu, həm də ölkə çempionatını qazanıb.
Mənbənin məlumatına əsasən, “Bayer Leverkuzen” rəhbərliyi 39 yaşlı mütəxəssisi əsas namizəd hesab edir. Bununla yanaşı, klub digər variantları da nəzərdən keçirir. Namizədlər arasında “Bornmut”un baş məşqçisi Andoni İraolanın da adı çəkilir.
“Kicker” jurnalının yazdığına görə, Filipe Luis hazırda Avropada ən yüksək məşqçi sertifikatı sayılan UEFA Pro lisenziyasına malik deyil. Bu lisenziya Avropa liqalarının yüksək divizionlarında və UEFA turnirlərində daimi əsasda çalışmaq üçün tələb olunur.
Qeyd: Kasper Yulmanın komandadan ayrılması gözlənilir. “Bayer Leverkuzen”in Çempionlar Liqasına vəsiqə qazana bilməməsi onun gələcəyini sual altına salıb. Danimarkalı mütəxəssis 2025-ci ilin sentyabrında Erik ten Haqın istefasından sonra komandaya rəhbərlik etməyə başlamışdı.
© Copyright 2026, All Rights Reserved