“Çelsi” Enzo Fernandesi rekord məbləğə satır
“Çelsi”də Enzo Fernandes ayrılığı gündəmdədir. Klubun ən bahalı transferi ola bilər.
90plus.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes yay transfer dönəmində komandadan ayrıla bilər.
Məlumata görə, London klubu argentinalı futbolçunu satmaq istəmir. Lakin klub rəhbərliyi uyğun təklif gələcəyi halda transfer variantını nəzərdən keçirməyə hazırdır. Jurnalist Ben Ceykobsun yaydığı xəbərdə bildirilir ki, “Çelsi” Enzo üçün 138 milyon avro tələb edir. Bu məbləğ gerçəkləşəcəyi halda klub tarixinin ən bahalı satışı olacaq.
İndi futbolçunun agentləri “Real Madrid”lə əlaqə saxlayır. Madrid təmsilçisinin Enzo Fernandesi uzunmüddətli hədəflərdən biri kimi dəyərləndirdiyi vurğulanır.
24 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvarında “Benfika”dan “Çelsi”yə transfer olunmuşdu. O, 2024/25 mövsümündə London klubunun əsas simalarından biri olub.
© Copyright 2026, All Rights Reserved