Luka Modriç DÇ-2026-dan sonra karyerasını bitirəcək
Luka Modriç 2026 Dünya Çempionatından sonra karyerasını başa vura bilər.
90plus.az xəbər verir ki, xorvatiyalı ulduz Luka Modriçin 2026 Dünya Çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağı gözlənilir.
Bu barədə jurnalist Niko Skira məlumat yayıb. Mənbənin iddiasına görə, təcrübəli yarımmüdafiəçi “Milan”dakı çətin mövsümdən sonra futbolu tərk etməyə qərar verə bilər.
39 yaşlı futbolçu müasir futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunur. Modriç karyerası ərzində 1128 oyunda meydana çıxıb, 127 qol vurub və 174 məhsuldar ötürmə edib.
Xorvatiyalı ulduz 2018-ci ildə “Qızıl top” mükafatını qazanaraq Lionel Messi və Kriştiano Ronaldonun uzun illər davam edən hegemoniyasına son qoymuşdu. O, həmçinin “Real Madrid”lə altı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Məlumata görə, “Real Madrid” artıq Luka Modriçin klubdakı gələcək rolunu planlaşdırır. Madrid təmsilçisi xorvatiyalıya Joze Mourinyonun məşqçilər heyətində və ya klub rəhbərliyində vəzifə təklif etməyi nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved