“Komo” Ç/L oyunlarını əsrarəngiz stadionunda oynaya bilməyəcək
“Komo” Çempionlar Liqası oyunlarını öz stadionunda keçirə bilməyəcək.
90plus.az xəbər verir ki, İtaliyanın “Komo” klubu Çempionlar Liqası matçlarını doğma stadionunda keçirə bilməyəcək.
Buna səbəb stadionun UEFA standartlarına cavab verməməsidir. Hazırda arenada yenidənqurma işləri aparılır və bu müddətdə komanda ev oyunlarını “Sassuolo”nun “Mapei” stadionunda keçirəcək. Arena Rekko Emilia şəhərində yerləşir.
13 602 tamaşaçı tutumuna malik stadion ilk dəfə 1927-ci ildə istifadəyə verilib. Arena sonuncu dəfə iki il əvvəl A Seriyası tələblərinə uyğunlaşdırılması üçün əsaslı təmir olunmuşdu.
Lakin azarkeş tribunasında yerləşən müvəqqəti skafold konstruksiya UEFA qaydalarına uyğun hesab edilmir. Bundan başqa, meydanın eni UEFA-nın tələb etdiyi 68 metr standartına uyğun deyil. Klub həmçinin reklam lövhələri ilə toxunma xətti arasındakı məsafəni də artırmalıdır.
Qeyd: “Komo”nun stadionu İtaliya futbolunun ən mənzərəli arenalarından biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved