DÇ-2026: Niderlandın yekun heyəti belədir
Niderland 2026 Dünya Çempionatı üçün 26 nəfərlik heyətini açıqlayıb.
90plus.az xəbər verir ki, Niderland milli futbol komandası baş məşqçi Ronald Kuman 2026-cı il Dünya Çempionatı üçün 26 futbolçudan ibarət yekun heyəti açıqlayıb. Komanda turnirə ciddi dəyişikliklərlə yollanır.
Ən diqqətçəkən qərarlardan biri “Liverpul”un müdafiəçi-vingeri Ceremi Frimponqun heyətdən kənarda qalması olub. Kuman onun tez-tez zədələnməsi səbəbindən riskə getmədiyini bildirib.
Eyni zamanda, uzun müddət zədəli olan və Braziliyanın “Korintians” klubunda çıxış edən Memfis Depay heyətə daxil edilib. O, son həftələrdə zədədən qayıdaraq meydana çıxıb və hazırda tam hazır olmasa da, Kuman onu heyətdə saxlayıb.
Depay Niderland millisinin tarixində ən çox qol vuran futbolçudur (55 qol) və baş məşqçi onun vəziyyətini turnir öncəsi yaxından izləyəcəyini bildirib.
Zədədən yeni qayıdan futbolçular arasında “Roma”nın hücumçusu Donyell Malen, “Çelsi”nin müdafiəçisi Yurrien Timber və “Marsel”dən olan Kvinten Timber də heyətə daxil edilib. Premyer Liqanın qalibi olan Jorrel Hato da siyahıya salınıb.
Komandanın heyətinə debütant kimi “Vest Hem”in cinah oyunçusu Kressensio Summervill də daxil edilib. Kuman onun sürəti və müdafiədə fəallığını yüksək qiymətləndirib.
Heyətdə təcrübəli lider Vircil van Deyk və Frenki de Yonq kimi əsas futbolçular da yer alır. Eyni zamanda Rayan Qravenberx, Denzel Dumfris və Miki van de Ven kimi aparıcı oyunçular da çağırılıb.
Zədə səbəbindən Ştefan de Vrey, Matteys de Lixt və Xavi Simons turnirdən kənarda qalıblar.
Niderland millisinin 2026 Dünya Çempionatı heyəti
Qapıçılar: Mark Flekken, Robin Reofs, Bart Verbruggen
Müdafiəçilər: Natan Ake, Denzel Dumfries, Jorrel Hato, Yurrien Timber, Jan Paul van Heke, Miki van de Ven, Vircil van Deyk
Yarımmüdafiəçilər: Frenki de Yonq, Marten de Run, Rayan Qravenberx, Teun Kopenmeyners, Tijani Reinders, Quz Til, Kvinten Timber, Mats Vifer
Hücumçular: Brayan Brobbi, Memfis Depay, Kodi Qakpo, Castin Kluivert, Noa Lanq, Donyell Malen, Kressensio Summervill, Vout Veqhorst
Niderland millisi seçmə mərhələni məğlubiyyətsiz başa vuraraq turnirə vəsiqə qazanıb. Komanda F qrupunda İsveç, Yaponiya və Tunis ilə mübarizə aparacaq.
Niderland üç dəfə Dünya Çempionatının finalına yüksəlsə də, hələ də çempionluq qazana bilməyib. Ronald Kuman isə komandanın turnirdə “çox uzağa gedə biləcəyini”, lakin real rəqabətin çox güclü olduğunu bildirib.