“Real”da ən yaxşı Mbappe seçildi
"Real Madrid" 2025/2026 mövsümünün yekunlarına əsasən komandada ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
90plus.az xəbər verir ki, “Kral klubu”nun seçimində bu ada yenə Kilian Mbappe layiq görülüb. Fransalı hücumçu ardıcıl ikinci dəfə Madrid təmsilçisinin mövsümün ən yaxşısı seçilib.
Mbappe cari mövsümdə nümayiş etdirdiyi məhsuldarlıqla komandanın əsas aparıcı qüvvəsinə çevrilib. O, La Liqada vurduğu 25 qolla bombardirlər yarışını zirvədə başa vurub. Bundan əlavə, ulduz forvard Çempionlar Liqasında da 15 dəfə fərqlənərək turnirin ən sərrast oyunçusu olub.
Qeyd: Mbappe mövsüm ərzində həm daxili yarışlarda, həm də avrokuboklarda “Real”ın ən stabil futbolçularından biri kimi diqqət çəkib və bir neçə dəfə ayın oyunçusu mükafatını da qazanıb.
© Copyright 2026, All Rights Reserved