“Napoli” baş məşqçisini tapdı
"Napoli”nin yeni baş məşqçisi müəyyənləşdi – Massimiliano Alleqri ilə razılıq əldə olundu.
90plus.az xəbər verir ki, məşhur insayder Fabrisio Romanonun yaydığı məlumata görə, tərəflər arasında bütün məsələlər həll olunub və Alleqri yaxın saatlarda iki illik müqaviləyə imza atacaq. Beləliklə, təcrübəli çalışdırıcı növbəti mövsümdən etibarən Neapol təmsilçisinə rəhbərlik edəcək.
Alleqri son olaraq “Milan”da çalışıb. İtaliyalı mütəxəssis karyerası ərzində “Yuventus” və “Milan” kimi klublarda uğurlu nəticələr əldə edib, bir neçə dəfə A Seriyasının qalibi olub.
“Napoli” rəhbərliyi Alleqrinin təcrübəsi sayəsində komandanın həm daxili çempionatda, həm də avrokuboklarda iddialı çıxış edəcəyinə inanır.
© Copyright 2026, All Rights Reserved