DÇ- 2026: Argentina da yekun heyəti açıqladı
Argentina millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı – gözlənilməz kənarlaşdırmalar var.
90plus.az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatı üçün yekun 26 nəfərlik heyəti açıqlayıb.
ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala son dünya çempionu kimi yollanacaq argentinalıların siyahısında bir neçə diqqətçəkən qərar yer alıb. Xüsusilə gənc istedad Franko Mastantuononun heyətə düşməməsi futbol ictimaiyyətində sürpriz kimi qarşılanıb. Təcrübəli müdafiəçi Markos Akunya da yekun siyahıdan kənarda qalan futbolçular arasındadır.
Lionel Messi başda olmaqla Argentina yığması dünya çempionu titulunu qorumağa çalışacaq. Komandanın əsas heyətində 2022-ci ildə Qətərdə kuboku qazanan futbolçuların əksəriyyəti yer alıb.
Skaloni təcrübə ilə gəncliyi birləşdirərək Enso Fernandes, Aleksis Mak Allister, Xulian Alvares və Culiano Simeone kimi futbolçulara da şans verib.
Qapıçılar:
Emiliano “Dibu” Martines, Xeronimo Rulli, Xuan Musso.
Müdafiəçilər:
Leonardo Balerdi, Nikolas Talyafiko, Qonsalo Montiel, Lisandro Martines, Kristian Romero, Nikolas Otamendi, Fakundo Medina, Naxuel Medina.
Yarımmüdafiəçilər:
Leandro Paredes, Rodriqo De Paul, Valentin Barko, Covani Lo Selso, Exekiel Palasios, Aleksis Mak Allister, Enzo Fernandes.
Hücumçular:
Xulian Alvares, Lionel Messi, Niko Qonsales, Tiaqo Almada, Culiano Simeone, Niko Pas, Xuan Manuel Lopes, Lautaro Martines.
39 yaşlı Lionel Messi mundialda yenə komandanın əsas ümidlərindən biri olacaq. Dünya çempionluğu, iki Amerika Kuboku və çoxsaylı rekordlarla zəngin karyerasına yeni uğur əlavə etməyə çalışan ulduz futbolçu Argentina millisinin lideri kimi növbəti böyük turnirə yollanacaq.
Mütəxəssislər Argentina yığmasını DÇ-2026-nın əsas favoritlərindən biri hesab edirlər.
© Copyright 2026, All Rights Reserved