“Karvan” baş məşqçisi ilə ayrıldı
Premyer Liqanı tərk edən “Karvan-Yevlax”da ilk ayrılıq! Baş məşqçi getdi.
90plus.az xəbər verir ki, 2025/26 mövsümünün sonunda Premyer Liqada yerini qoruya bilməyən “Karvan-Yevlax”da gözlənilən qərar verilib.
Klub baş məşqçi Füzuli Məmmədovla əməkdaşlığı davam etdirməmək qərarına gəlib. Bölgə təmsilçisinin yaydığı məlumata görə, tərəflər arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.
48 yaşlı mütəxəssis 2025-ci ilin noyabrında komandanın sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında çıxış edən Yevlax təmsilçisi mövsümü 15 xalla turnir cədvəlinin son pilləsində başa vuraraq Premyer Liqa ilə vidalaşıb.
Beləliklə, “Karvan-Yevlax” yeni mövsüm öncəsi həm aşağı liqaya düşmənin nəticələrini aradan qaldırmağa, həm də komandanın gələcək planlarını yeni baş məşqçi ilə qurmağa çalışacaq
© Copyright 2026, All Rights Reserved