"Ağstafa Gəncləri" 2-ci liqada qalır
90plus.az xəbər verir ki, Azərbaycan 2-ci liqasında növbəti mövsüm iştirak edəcək son komandalardan birinin adına aydınlıq gəlib.
2-ci liqaya vəsiqə uğrunda keçirilən pley-off matçında "Ağstafa Gəncləri" ilə "Biləsuvar" üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada üstün oyun nümayiş etdirən Ağstafa təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı 9-cu dəqiqədə Əli Bağırov açıb. İlk hissənin əlavə olunmuş vaxtında Aydın Tağıyev fərqi artırıb. Fasilədən dərhal sonra, 47-ci dəqiqədə Elvin Hüseynov üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, pley-off görüşündən qalib ayrılan "Ağstafa Gəncləri" növbəti mövsümdə də Azərbaycan 2-ci liqasında çıxış etmək hüququ qazanıb. "Biləsuvar" isə Region Liqasından yüksəlmək fürsətini əldən verib.
Qeyd: Ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci liqanı 11-ci pillədə tamamlamışdı. Region Liqasında üçüncü yeri tutan "Biləsuvar" isə yüksək dəstəyə yüksəlmək üçün son addımda büdrəyib.
© Copyright 2026, All Rights Reserved