Palhinya hər şeyə rəğmən “Sportinq”i istəyir
Palhinya “Sportinq”ə qayıtmaq üçün maaşını azaltmağa hazırdır.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in yarımmüdafiəçisi Joau Palhinya bu yay “Sportinq”ə qayıtmaq naminə maaşında endirim etməyə razıdır.
Məlumata görə, Lissabon təmsilçisi portuqaliyalı futbolçunu yenidən heyətinə qatmaq üçün fəal şəkildə çalışır və tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.
Transferin reallaşması qarşısındakı əsas maneə isə “Sportinq” və “Bayern Münhen” arasında razılığın əldə olunmamasıdır. Buna baxmayaraq, Palinyanın maliyyə baxımından güzəştə getməyə hazır olması transferin baş tutması şansını artırır.
30 yaşlı yarımmüdafiəçi karyerasının ən uğurlu dövrlərindən birini “Sportinq”də keçirib və klubun azarkeşləri arasında böyük rəğbət qazanıb. Bu səbəbdən onun Lissabona qayıdışı həm klub rəhbərliyi, həm də azarkeşlər tərəfindən müsbət qarşılanır.
Bununla yanaşı, “Tottenhem”in də futbolçunun vəziyyətini diqqətlə izlədiyi bildirilir. London klubu Palinyanın komandadakı çıxışından razıdır və onun transfer hüquqlarını birdəfəlik almaq variantını nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved