Mbappe Bernabeuda oynamaq istəmir
“Real Madrid”ın hücumçusu Kylian Mbappé ev oyunlarında azarkeşlərin reaksiyasından narazıdır.
90plus.az xəbər verir ki, fransalı futbolçu mövsümün qalan hissəsində “Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşmalarda iştirak etmək istəmir. Buna səbəb isə madridli azarkeşlərin bir hissəsinin son oyunlarda Mbappeni fitə basmasıdır.
Mənbənin iddiasına əsasən, hücumçu azarkeşlərin münasibətindən ciddi şəkildə narahatdır və bu vəziyyət onun qərarına təsir edib.
Xatırlatma: Mbappe La Liqanın 35-ci turunda “Barselona”ya qarşı keçirilən və “Real Madrid”in 0:2 hesabı ilə uduzduğu matçı buraxmışdı. İlk məlumatlarda futbolçunun zədə səbəbindən oynamadığı bildirilsə də, daha sonra onun start heyətində yer almayacağını öyrəndikdən sonra məşqi yarımçıq tərk etdiyi qeyd olunub.
© Copyright 2026, All Rights Reserved