“Napoli” məğlub olub, 2-ci yerini zəiflətdi
“Napoli” İtaliya A Seriyasının 36-cı turunda doğma meydanda “Bolonya”ya 2:3 hesabı ilə uduzub.
90plus.az xəbər verir ki, bu məğlubiyyətdən sonra “Napoli” 70 xalla ikinci pillədə qalsa da, ən yaxın izləyicisi “Yuventus”la fərq cəmi 2 xala enib:
Napoli 2 - 3 Bolonya
F. Bernardeşi 9’
R. Orsolini 34’ (p)
G. Di Lorenso 45+2’
A. Santos 48’
J. Rowe 90+1’
Çempionluğu daha əvvəl təmin edən “İnter” isə 85 xalla liderliyini davam etdirir. “Bolonya” isə xalını 52-yə çatdıraraq 8-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved