İllər sonra bombardir PSJ-dən deyil
2014/15 mövsümündən bəri ilk dəfə Liqa 1-in bombardiri “Paris Sen-Jermen”in futbolçusu olmayacaq.
90plus.az xəbər verir ki, PSJ-dən kənar bir futbolçu olaraq buna sonuncu dəfə on ildən çox əvvəl “Olimpik Lion”dakı məhsuldar dönəmində Aleksandr Lakazett nail olmuşdu.
2025/26 mövsümünün son bombardir siyahısına əsasən, “Stad Renn”in hücumçusu Esteban Lepol 20 qolla yarışa liderlik edir. Onu hazırda Xoakin Panikelli (“Strasburq”) və Meyson Qrinvud (“Olimpik Marsel”) izləyirlər. Hər iki futbolçunun aktivində 16 qol var.
© Copyright 2026, All Rights Reserved