Kazemironun klubunu həyat yoldaşı seçəcək
“The Sun” nəşrinin məlumatına görə, Kazemiro “Mançester Yunayted”dən ayrıldıqdan sonra növbəti klub seçimi məsələsində qərarı həyat yoldaşı Anna verəcək.
90plus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yayda “Old Trafford”u azad agent kimi tərk edəcək və Madridlə Mançesterdə keçirdiyi illər ərzində ona verdiyi dəstəyə görə həyat yoldaşına təşəkkür etmək istəyir.
Xəbərdə qeyd olunur ki, cütlük son illərdə tez-tez Floridaya səyahət edib. Bu detal isə Kazemironun "İnter Mayami" ilə əlaqələndirilməsi fonunda diqqət çəkir.
Kazemironun adı Səudiyyə Ərəbistanı klubları ilə də hallansa da, hazırda MLS-in onun üçün ən real variant olduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved