“Tottenhem” təhlükəli zonadan çıxa bilmir
“Tottenhem” İngiltərə Premyer Liqasının 36-cı turunda “Lids”lə 1:1 hesablı heç-heçə edib.
90plus.az xəbər verir ki, bu nəticədən sonra “Tottenhem” xalını 38-ə çatdırsa da, komanda hələ də təhlükəli zonadan tam uzaqlaşa bilməyib. Mövsümün bitməsinə iki tur qalmış klub 17-ci pillədə qərarlaşıb və aşağı liqa zonasındakı “Vest Hem”i cəmi 2 xal qabaqlayır:
Tottenhem 1 - 1 Lids
M. Tel 50’
D. Kalvert Levin 74’ (p)
Beləliklə, Premyer Liqada aşağı liqaya düşmə uğrunda mübarizənin son tura qədər davam edəcəyi dəqiqləşib. “Tottenhem” qarşıdakı iki oyunda xal itirəcəyi halda Çempionşip təhlükəsi ilə üz-üzə qala bilər.
© Copyright 2026, All Rights Reserved