Hacı Əliyev peşəkar güləş liqasında döyüşəcək
Azərbaycan güləşinin aparıcı simalarından biri, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev karyerasında yeni və gözlənilməz addım atıb.
90plus.az xəbər verir ki, təcrübəli idmançı ABŞ-də yaradılan və son vaxtlar böyük maraq doğuran “Real American Freestyle” (RAF) peşəkar güləş liqası ilə rəsmi müqavilə imzalayıb. Məlumat təşkilatın sosial media hesabları vasitəsilə açıqlanıb.
Bu anlaşma ilə Hacı Əliyev sərbəst güləşi şou elementləri və “fight-night” formatı ilə birləşdirən bu yeni layihədə çıxış edəcək ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.
Qeyd: RAF liqasında Ermənistanı təmsil edən MMA döyüşçüsü Arman Tsarukyan da yer alır.
© Copyright 2026, All Rights Reserved