Günün oyunları: Ronaldo Benzemaya qarşı
Bu gün futbol azarkeşlərini həm Səudiyyə Ərəbistanı, həm də İspaniyada maraqlı qarşılaşmalar gözləyir.
Kriştiano Ronaldonun komandası çempion ola bilər.
90plus.az xəbər verir ki, günün əsas matçında “Əl Nəsr” doğma meydanda əsas rəqibi “Əl Hilal”ı qəbul edəcək. Qarşılaşma çempionluq baxımından həlledici əhəmiyyət daşıyır.
Hazırda turnir cədvəlinə 82 xalla liderlik edən “Əl Nəsr” bu gün qalib gələcəyi halda vaxtından əvvəl Səudiyyə Pro Liqasının çempionu olacaq. Komandanın əsas ulduzu Kristiano Ronaldo isə karyerasında ilk dəfə Səudiyyə Ərəbistanı çempionluğu yaşaya bilər.
“Əl Hilal” isə 77 xalla ikinci pillədə qərarlaşıb və çempionluq şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Matç həm də uzun illər “Real Madrid”də birlikdə oynamış Kristiano Ronaldo ilə Kərim Benzema arasındakı rəqabət baxımından xüsusi maraq doğurur.
Günün digər diqqətçəkən oyununda isə Madrid “Atletiko”su səfərdə “Osasuna” ilə qarşılaşacaq.
Bugünkü oyunların proqramı:
Saat 22:00 “Əl Nəsr” – “Əl Hilal”
Yayım: TRT Spor, S Sport+ Turkey
23:30 "Osasuna” – “Atletiko Madrid”
Yayım: İdman TV, Match TV, Okko Sport, Sportbox.ru, matchtv.ru, S Sport, S Sport+ Turkey
© Copyright 2026, All Rights Reserved