“Arsenal”ın matçından 4 azarkeş həbs olundu
Metropolitano Polisi "Arsenal”ın “Vest Hem” üzərində 1:0 hesablı gərgin qələbəsi zamanı dörd nəfərin həbs edildiyini təsdiqləyib.
90plus.az xəbər verir ki, London Stadionunda Leandro Trossardın 83-cü dəqiqədə vurduğu qələbə qolundan sonra tribunada gərginlik yaranıb. Qolun ardından ev sahibi azarkeşlərin arasında oturan “Arsenal” tərəfdarlarının olduğu üzə çıxıb. Bu isə dərhal qarşıdurmalara səbəb olub və görüntülərdə azarkeşlərin ev sahibi tərəfdarların hücumuna məruz qaldığı görünür.
Polisin məlumatına görə, iki kişi dava salmaq və hücum ittihamı ilə saxlanılıb. Bildirilir ki, qarşıdurma zamanı bir stadion əməkdaşının qolunun sındığını iddia edib. Bundan əlavə, bir yeniyetmə irqi motivli hücumda, 31 yaşlı bir şəxs isə “B sinfi” narkotik maddə saxlamaqda şübhəli bilinərək həbs olunub.
“Arsenal” isə Premyer Liqada titul uğrunda mübarizəni davam etdirir və bu mövsüm 36 oyunda cəmi 26 qol buraxaraq yüksək formadadır.
© Copyright 2026, All Rights Reserved