Markus Reşford Lamin Yamalı üstələdi
Reşford “Barselona”da gözləntiləri üstələdi – Lamin Yamalı geridə qoydu.
90plus.az xəbər verir ki, Markus Reşford bu mövsüm "Barselona" forması ilə göstərdiyi performansla diqqət mərkəzinə düşüb. İngiltərəli hücumçu orta hesabla hər 87 dəqiqədən bir məhsuldar fəaliyyətlə yadda qalır.
Bu göstərici hətta katalon klubunun gənc ulduzu Lamin Yamalın nəticəsindən də daha yaxşıdır. İspan vinger bu mövsüm orta hesabla hər 88 dəqiqədən bir qol və ya assistlə fərqlənib.
“Times Sport”un yaydığı məlumata görə, Reşfordun çıxışı baş məşqçi Hansi Fliki ciddi şəkildə heyran edib. Alman mütəxəssisin futbolçunun gələcəyi ilə bağlı aparılacaq danışıqlarda onun komandada qalmasının tərəfdarı olacağı bildirilir.
Xəbərdə qeyd olunur ki, “Barselona” Reşfordu tam transfer etmək istəsə, bu keçid klub üçün təxminən 30 milyon avroya başa gələ bilər.
© Copyright 2026, All Rights Reserved