“Real” Çuamenini satmır
“Real Madrid” Çuameni qərarını verdi – transfer gündəmdə deyil.
90plus.az xəbər verir ki, "Real Madrid" rəhbərliyi Aureliyen Çuameni ilə yolları ayırmaq niyyətində deyil. Son günlər fransalı yarımmüdafiəçinin Federiko Valverde ilə yaşadığı qalmaqal geniş müzakirələrə səbəb olsa da, klub oyunçunu satmağı düşünmür.
Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, “kral klubu” yay transfer pəncərəsində Çuamenini heyətdə saxlamaqda qərarlıdır.
Xəbərdə qeyd olunur ki, "Mançester Yunayted" fransalı futbolçunun vəziyyətini yaxından izləyir. İngiltərə nəhənginin uzun müddətdir Çuameniyə böyük maraq göstərdiyi və onu transfer etmək istədiyi vurğulanır. Buna baxmayaraq, hazırkı vəziyyətdə transfer ehtimalı gündəmdə deyil.
Beləliklə, “Real Madrid” rəhbərliyi yarımmüdafiə xəttinin əsas simalarından biri hesab olunan Tçuamenini komandada saxlamağı planlaşdırır.
© Copyright 2026, All Rights Reserved