Dik Advokat mundialda ən yaşlı çalışdırıcı olar
78 yaşlı Dik Advokat dünya çempionatı tarixinə düşməyə hazırlaşır.
90plus.az xəbər verir ki, Kurasao milli komandasının baş məşqçisi yenidən geri dönür.
78 yaşlı niderlandlı mütəxəssis Dik Advokat futbol tarixində yeni bir rekorda imza atmağa hazırlaşır. O, dünya çempionatları tarixində komandanı turnirə çıxaran ən yaşlı baş məşqçi ola bilər.
Advokat 2025-ci ilin noyabrında Kurasao millisinin tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmasına rəhbərlik etmişdi. Lakin 2026-cı ilin fevralında qızının səhhəti ilə bağlı şəxsi səbəblərdən vəzifəsini tərk etmişdi.
Onun yerinə təyin olunan Fred Ruten komandanı idarə etsə də, bir sıra futbolçuların açıq şəkildə Advokatın geri qaytarılmasını istəməsindən sonra vəziyyət dəyişib. Klub rəhbərliyi və federasiya futbolçuların istəklərini nəzərə alaraq təcrübəli mütəxəssisi yenidən komandaya dəvət edib.
Beləliklə, Dik Advokatın geri dönüşü rəsmiləşib və o, dünya çempionatında ən yaşlı baş məşqçi kimi tarixə düşmək şansı qazanıb.
Kurasao millisində baş verən bu dəyişiklik komandanın turnirdəki perspektivlərinə də ciddi təsir edə bilər.
© Copyright 2026, All Rights Reserved