Serxio Ramos “Sevilya”nın sahibi olur
“Sevilya”nın yeni sahibi Serxio Ramos olur.
90plus.az xəbər verir ki,İspaniya millisinin və klubun sabiq kapitanı Serxio Ramos “Sevilya”nı satın almaq prosesini tamamlayıb. Məlumata görə, razılaşma artıq əldə olunub və prosesə futbolçunun qardaşı Rene Ramos da rəhbərlik edir.
Hazırda yalnız hüquqi və rəsmi prosedurların yekunlaşması gözlənilir. Vəkillərin sənədləşmə işlərini tamamlamasından sonra tərəflərin rəsmi açıqlama verməsi planlaşdırılır.
Qeyd: Serxio Ramos “Sevilya” akademiyasının yetirməsidir. Təcrübəli müdafiəçi peşəkar karyerasına məhz bu klubda başlayıb, daha sonra “Real Madrid” və PSJ-də çıxış edib. O, 2023-cü ildə yenidən “Sevilya”ya qayıtmışdı.
Əgər satış rəsmiləşərsə, Ramos klub tarixində yeni eranın başlanğıcına rəhbərlik edən əsas fiqur olacaq.
© Copyright 2026, All Rights Reserved