“Qarabağ”dan yeni transfer yolda!
"Qarabağ" yeni mövsüm öncəsi ilk transferlərindən birini reallaşdırmağa yaxındır. Ağdam təmsilçisi Kiprin "Omoniya" klubunda çıxış edən Jali Muaddib ilə razılıq əldə edib.
90plus.az xəbər verir ki, bu barədə Kipr mətbuatına futbolçunun meneceri Giorgios İrakleus məlumat verib. Onun sözlərinə görə, 25 yaşlı vinger artıq Azərbaycan çempionu ilə anlaşma əldə edib və yaxın vaxtlarda transferin rəsmiləşməsi gözlənilir.
Muaddib cari mövsümdə “Omoniya”nın heyətində 28 oyunda meydana çıxıb. Fransalı futbolçu bu görüşlərdə 4 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalına əsasən, vingerin hazırkı bazar dəyəri 375 min avro qiymətləndirilir.
Qeyd: “Qarabağ” yay transfer dönəmində heyətini xüsusilə hücum xəttində gücləndirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved