“Betis” 21 il sonra Çempionlar Liqasında!
“Betis” 21 ildən sonra Çempionlar Liqasına qayıtdı.
90plus.az xəbər verir ki, İspaniyanın "Real Betis" klubu növbəti mövsüm avrokuboklarda iştirakını rəsmiləşdirib.
La Liqanın 36-cı turunda “Elçe”ni 2:1 hesabı ilə məğlub edən Sevilya təmsilçisi 5-ci yerdə əlçatmaz olmaqla UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. Bununla da “Betis” düz 21 ildən sonra yenidən qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək.
Komanda ardıcıl 6-cı mövsüm avrokuboklara vəsiqə qazanaraq klub tarixinin ən uğurlu dövrlərindən birini yaşayır. Manuel Pelleqrininin rəhbərlik etdiyi kollektiv son illərdə sabit çıxışı ilə diqqət çəkir.
“Betis” sonuncu dəfə Çempionlar Liqasında 2005/06 mövsümündə iştirak etmişdi. Həmin mövsüm klub qrup mərhələsini keçərək 1/8 finala yüksəlmişdi.
© Copyright 2026, All Rights Reserved