“Sabah” Puxaçla 1 milyon avroluq yeni müqavilə bağlayır
“Sabah” Puxaçı birdəfəlik transfer edir - 1 milyona...
90plus.az xəbər verir ki, Bakı klubu mövsümü icarə əsasında komandada keçirən Timoteuş Puxaçın transfer hüquqlarını almaq qərarına gəlib. Polşa mətbuatının yaydığı məlumata görə, futbolçunun məxsus olduğu Almaniyanın "Holstein Kiel" klubu ilə danışıqlar artıq yekun mərhələsinə çatıb.
Meczyki.pl portalının iddiasına əsasən, tərəflər arasında prinsipial razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilələrin imzalanacağı gözlənilir. 27 yaşlı sol cinah müdafiəçisinin “Sabah”la 3 illik sözləşmə bağlayacağı bildirilir.
Transferin maliyyə detalları da açıqlanıb. Mənbə keçidin bir neçə yüz min avroya başa gələcəyini yazsa da, “Transfermarkt” transfer məbləğinin təxminən 1 milyon avro ola biləcəyini qeyd edib.
ℹ️ Puxaç 2024/25 mövsümündə Bakı təmsilçisinin əsas simalarından biri olub. Polşalı futbolçu 32 matçda 2 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın uğurlu çıxışında mühüm pay sahibi olub.
© Copyright 2026, All Rights Reserved