Acun Ilıcalının klubu Premyer Liqa üçün finalda
Acun Ilıcalının klubu Premyer Liqaya bir addım da yaxınlaşdı.
90plus.az xəbər verir ki, türk media sahibi və “Fənərbağça”nın sabiq vitse-prezidenti Acun Ilıcalıya məxsus olan "Hal Siti" İngiltərə Çempionşipində pley-off finalına yüksəlib.
“Pələnglər” yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Millvol" üzərində 2:0 hesablı qələbə qazanaraq həlledici matça vəsiqə əldə edib. İlk qarşılaşma qolsuz bərabərliklə başa çatmışdı.
Londondakı “The Den” stadionunda keçirilən görüşün ilk hissəsində hesab açılmasa da, fasilədən sonra qonaqlar üstünlüyü ələ keçirib. Oyuna ilk hissənin əlavə vaxtında daxil olan Bellumi 64-cü dəqiqədə hesabı açıb.
“Hall Siti” üstünlüyünü matçın sonlarına yaxın daha da artırıb. 79-cu dəqiqədə Cо Gelhardt fərqlənərək komandasının ikinci qolunu vurub. 24 yaşlı hücumçu bununla mövsümdəki 15-ci qolunu qeyd edib.
Sergey Yakiroviçin rəhbərlik etdiyi kollektiv qalan dəqiqələrdə üstünlüyünü qoruyaraq finala yüksəlib. “Hull City” Premyer Liqaya vəsiqə uğrunda finalda "Southempton" – "Middlzbrou" cütünün qalibi ilə qarşılaşacaq.
Çempionşip pley-off finalı mayın 23-də Uembli stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved