İddia: “Real”dan mediaya məlumat sızdıran Sebalyosdur
“Real Madrid”də gizli məlumat sızıntısı iddiası ilə şübhəli bilindi!
90plus.az xəbər verir ki, "Real Madrid"in futbolçusu Dani Sebalyos haqqında diqqətçəkən iddia ortaya atılıb.
“Estadio” nəşrinin yaydığı məlumata görə, ispaniyalı yarımmüdafiəçi komanda daxilində baş verən hadisələri kənara ötürən şəxs hesab olunur.
Mənbə iddia edir ki, Sebalyos Çuameni- Valverde arasında yaşanan davanın bütün detallarını bir neçə nəfərlə bölüşüb.
ℹ️ Federiko Valverde ilə Aureliyen Çuameni arasında məşqdə başlayan gərginlik daha sonra fiziki davaya çevrilib. Hadisə zamanı Valverde baş nahiyəsindən ciddi zərbə alıb, xəstəxanaya aparılıb və ona beyin travması diaqnozu qoyulduğu bildirilmişdi.
Bu fonda İspaniya mediası indi dava ilə bağlı detalları mətbuata sızdıran şəxsin Dani Srbalyos olduğunu iddia edir.
© Copyright 2026, All Rights Reserved