Türkiyə Kuboku, Final: “Trabzonspor - Konyaspor”
“Trabzonspor” finalda – ardıcıl 3-cü mövsüm!
90plus.az xəbər verir ki, Türkiyə Kubokunun yarımfinal mərhələsində “Trabzonspor” səfərdə “Gençlerbirliyi”ni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qarşılaşmanın əsas qəhrəmanı isə 90+3-cü dəqiqədə səhnəyə çıxan Ernest Muçi olub. Alban hücumçunun qolu Qara dəniz təmsilçisinə final biletini qazandırıb:
Gençlerbirliyi 1 - 2 Trabzonspor
E. A. Aslan 62’
A. C. Çelik 78’ (ö.q.)
E. Muçi 90+3’
Beləliklə, “Trabzonspor” ardıcıl 3-cü mövsüm Türkiyə Kubokunun finalına yüksəlib. Finalda rəqib “Konyaspor” olacaq.
© Copyright 2026, All Rights Reserved