Azərbaycan Kuboku, Final: Start heyətləri məlumdur
Azərbaycan Kubokunun finalında iştirak edəcək “Sabah” və “Zirə” komandalarının start heyətləri müəyyənləşib.
90plus.az xəbər verir ki, Bakıda yerləşən Palms Sports Arena stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
“Sabah”ın start heyəti:
Stas Pokatilov (k), Aleksey İsayev, Coy Lens Mikels, Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aron Maluda.
Baş məşqçi ehtiyatda Nicat Mehbalıyev, Rəvan Mirzəmmədov, Tellur Mütəllimov, Amin Seydiyev, Rəhman Daşdəmirov, Abdulax Xaybulaev, Xəyal Əliyev, Cesse Sekidika, Kahim Parris, Zinedin Uld Xaled, Patrik Mbina və Andrey Santosu saxlayıb.
“Zirə”nin start heyəti:
Tiaqo Silva, Qismət Alıyev (k), Stefan Aka, Ruan Renato, Davit Volkov, Rikardo Martins, İssa Cibrila, Brahim Konate, Ange Mutsinzi, Ayron Qomis, Eren Aydın.
“Qartallar”ın ehtiyat oyunçuları isə Anar Nəzirov, Aydın Bayramov, Namik Ələskərov, İsmayıl İbrahimli, Rövlan Muradov, Elçin Əlicanov, Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Leroy Mikels, Giorgi Papunaşvili, Junior Martins və Eldar Quliyev olacaq.
Qeyd: Görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək.
© Copyright 2026, All Rights Reserved