Azərbaycan Kuboku, Final: “Zirə”nin qələbəsi onlara sərf etmir
Bu gün Azərbaycan Kubokunun finalı keçiriləcək. “Sabah” – “Zirə” qarşılaşması təkcə kubokun taleyini yox, düz 5 klubun avrokubok gələcəyini müəyyən edəcək.
90plus.az xəbər verir ki, əgər “Sabah” qalib gəlsə:
• “Sabah” qızıl dubl edəcək
• “Qarabağ” Avropa Liqasına gedəcək
• “Turan Tovuz” Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq
• “Neftçi”yə avrokubok yolu açılacaq
Yəni “Sabah”ın qələbəsi 4 komandaya sərf edir.
Amma kuboku “Zirə” qazansa:
• “Zirə” Avropa Liqasına yollanacaq
• “Qarabağ” Konfrans Liqasına düşəcək
• “Turan Tovuz” mübarizəyə 1-ci mərhələdən başlayacaq
• “Neftçi” avrokuboklardan kənarda qalacaq
Qeyd: “Sabah” – “Zirə” Azərbaycan Kubokunun final oyunu bu gün saat 20:00-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved