Günün oyunları: “Sabah - Zirə”
“Sabah” tarix yazmaq, “Zirə” isə ilk kubokunu qazanmaq istəyir.
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün qalibi müəyyənləşəcək.
90plus.az xəbər verir ki, final görüşündə Premyer Liqanın çempionu “Sabah” ilə avrokuboklar uğrunda mübarizəni uğurla başa vuran “Zirə” qarşılaşacaq.
Həlledici oyun Bakıda yerləşən Palms Sports Arena stadionunda keçiriləcək. Qarşılaşmanın baş hakimi FİFA referisi Elçin Məsiyev olacaq.
“Sabah” ötən mövsüm kuboku qazanan tərəf kimi meydana çıxacaq. Paytaxt təmsilçisi ardıcıl ikinci dəfə titulu əldə etməyə çalışacaq. “Zirə” isə tarixində üçüncü dəfə finala yüksəlib. Komanda əvvəlki iki cəhdində kuboku qazana bilməyib və bu dəfə ilk uğurunu əldə etməyi hədəfləyir.
Günün əsas matçları:
Azərbaycan Kuboku, Final:
Saat 20:00 “Sabah” - “Zirə”
Yayım: CBC Sport
Türkiyə Kuboku, yarımfinal:
Saat 21:30 “Gençlerbirliyi” - “Trabzonspor”
Yayım: ATV Türkiye, TV NET, Digiturk Play Turkey
İngiltərə Premyer Liqası:
Saat 23:00 “Mançester Siti” - “Kristal Pelas”
Yayım: İdman TV, Setanta Sports 1, Digiturk Play Turkey, beIN Sports 3, beIN CONNECT Turkey, TOD Turkey
İtaliya Kuboku, Final:
Saat 23:00 “Latsio” - “İnter”
Yayım: TRT Spor, TV NET, Match TV, Sportbox.ru, matchtv.ru, Digiturk Play Turkey, tabii Turkey
Fransa Liqa 1:
Saat 23:00 “Lans” - PSJ
Yayım: Okko Sport, beIN CONNECT Turkey, TOD Turkey
İspaniya La Liqası:
Saat 23:30 “Alaves” - “Barselona”
Yayım: Setanta Sports 2, Okko Sport, S Sport 2, S Sport+ Turkey
© Copyright 2026, All Rights Reserved