“İnter” 10-cu dəfə kuboku aldı
“İnter” 10-cu dəfə İtaliya Kubokunun sahibi oldu!
90plus.az xəbər verir ki, "İnter Milan" İtaliya Kubokunun finalında "Latsio" üzərində 2:0 hesablı qələbə qazanaraq tarixində 10-cu dəfə bu titulun sahibi olub:
Latsio 0 - 2 İnter
A. Maruşiç 14’ (ö.q.)
L. Martines 35’
Beləliklə, “İnter” 2025/26 mövsümündə qızıl dubl edərək həm A Seriyasının, həm də İtaliya Kubokunun qalibi olub. Kristian Kivunun rəhbərlik etdiyi kollektiv rumıniyalı mütəxəssisin ilk mövsümündə iki kubok qazanmağı bacarıb.
Final matçında ən yaxşı oyunçu adına isə Denzel Dumfris layiq görülüb. Niderlandlı müdafiəçi “Latsio”ya qarşı sərgilədiyi performansla seçilib.
Maraqlıdır ki, “İnter” son 4 gün ərzində “Latsio”nu iki dəfə məğlub edib. Milan təmsilçisi əvvəlki qarşılaşmada rəqibini 3:0 hesabı ilə üstələmişdi.
Bununla da “İnter” 2020-ci ildən bəri ümumilikdə 9-cu kubokunu qazanıb:
“İnter” son illərdə İtaliya futbolunda dominantlığına nöqtə qoydu.
© Copyright 2026, All Rights Reserved