“Mançester Siti” çempionluq yarışına iddiasını qoydu
“Mançester Siti”dən inamlı qələbə – çempionluq yarışı davam edir.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Siti" doğma meydanda "Kristal Pelas" üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Mançester Siti” Premyer Liqada çempionluq uğrunda mübarizəni davam etdirir. Pep Qvardiolanın komandası lider Arsenal ilə xal fərqini 2-yə endirib və titul yarışında təzyiqi artırıb:
Mançester Siti 3 - 0 Kristal Pelas
A. Semenyo 32’
O. Marmuş 40’
Savio 84’
Qeyd: “Şəhərlilər” Premyer Liqada “Etihad” stadionunda keçirdiyi son 17 oyunda məğlub olmayıb. Komanda bu müddətdə 14 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.
Matçın diqqətçəkən məqamlarından biri də Fil Fodenin göstəricisi olub. İngilis yarımmüdafiəçi bu oyunda etdiyi iki məhsuldar ötürmə sayəsində Premyer Liqa karyerasında 100 qol+assist həddinə çatıb.
© Copyright 2026, All Rights Reserved