PSJ Fransa çempionudur
PSJ Fransa çempionu oldu – Paris klubu tarix yazmağa davam edir.
90plus.az xəbər verir ki, "Paris Sen-Jermen" 2025/26 mövsümündə Fransa Liqa 1-in rəsmi qalibi olub.
Paris təmsilçisi 33-cü tur çərçivəsində səfərdə Lens üzərində 2:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib.
Beləliklə, PSJ son 14 mövsümdə 12-ci dəfə Fransa çempionu adına sahib çıxıb. Paris klubu eyni zamanda ardıcıl 5-ci dəfə Liqa 1 kubokunu başı üzərinə qaldırıb:
Lans 0 - 2 PSJ
X. Kvaratsxeliya 29’
İ. Mbaye 90+3’
Komandanın baş məşqçisi Luis Enrike üçün isə bu, ardıcıl üçüncü Liqa 1 çempionluğu olub. İspaniyalı mütəxəssis PSJ-də uğurlu dönəmini davam etdirir.
PSJ bu mövsüm də Fransa futbolundakı üstünlüyünü qoruyaraq ölkə daxilində dominant komanda statusunu bir daha təsdiqləyib.
© Copyright 2026, All Rights Reserved