“Neftçi” Konfrans Liqasında! “Zirə” 5-ci oldu
“Neftçi” Konfrans Liqasında! Azərbaycan çempionatının 32-ci turunda hər şey bəlli oldu.
90plus.az xəbər verir ki, "Neftçi" Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək 4-cü komanda olub. Yuri Vernidubun komandası mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək:
Sabah 1 - 2 Neftçi
A. İsayev 3’
A. Ştoqrin 9’
İ. Metyu 70’
Qollar: https://t.me/doxsanplus/116987
“Sabah"ın futbolçusu, 19 qolla Premyer Liqanın bombardiri Coy Lens Mikels "Neftçi"nin baş məşqçisi Verniduba topu vurdu və qırmızı vərəqə aldı.
“Zirə” isə 5-ci yeri tutub və avrokuboklardan kənarda qalıb:
Zirə 2 - 1 Sumqayıt
R. Renato 19’ (p) 90+8’ (p)
A. Ramalinqom 45’
Qollar: https://t.me/doxsanplus/116990
Beləcə, 33 turluq Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə 32 tur geridə qaldı. Əldə 1 tur qalıb! Klubların taleyi baxımından demək olar ki, formal xarakter daşıyacaq! Hər şey bəllidir:
“Sabah” çempionluğu rəsmiləşdirib, Çempionlar Liqasına gedir!
“Qarabağ” Avropa Liqasında!
“Turan Tovuz” və “Neftçi” isə Konfrans Liqasına gedəcək!
“Karvan” rəsmən 1-ci liqaya düşdü!
Bombardirlər:
Coy-Lens Mikels - Sabah 19 qol
Velko Simiç - Sabah 11 qol
Bassala Sambu - Neftçi 11 qol.
© Copyright 2026, All Rights Reserved