Azərbaycan Premyer Liqasına “Şəfa” gəlir
Azərbaycan 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Tur çərçivəsində lider "Şəfa" öz meydanında "Cəbrayıl" komandasını qəbul edib.
90plus.az xəbər verir ki, Binə qəsəbə stadionunda baş tutan görüş “Şəfa”nın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 4-cü dəqiqədə Emin Zamanov vurub.
Turun digər vacib qarşılaşmasında isə ikinci pillədə qərarlaşan "Səbail" "Şahdağ Qusar" ilə heç-heçə edib.
Bu nəticədən sonra “Şəfa” sona bir tur qalmış ən yaxın izləyicisini qabaqlayaraq Azərbaycan 1-ci Liqasının çempionu olub. Komanda bununla da növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni rəsmiləşdirib.
© Copyright 2026, All Rights Reserved