“Beşiktaş” mövsümü sülhlə bitirdi
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu – Rizedə dramatik sonluq oldu.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 34-cü turunda “Beşiktaş” səfərdə “Rizespor”la 2:2 hesablı heç-heçə edib.
"Rizespor” 90+2-ci dəqiqədə qələbə qolunu vursa da, həmin epizod VAR yoxlamasından sonra qeydə alınmayıb:
Rizespor 2 - 2 Beşiktaş
A. Sove 17’ 30’
J. Silva 54’
V. Çerni 61’
Beləliklə, “Beşiktaş” mövsümü Super Liqada 4-cü pillədə tamamlayıb.
“Qara qartallar” 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 46 oyun keçirib, 23 qələbə qazanıb, 11 heç-heçə edib və 12 dəfə məğlub olub.
İstanbul klubu Türkiyə Kubokunda yarımfinalda mübarizəni dayandırıb. Komanda UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsində, UEFA Konfrans Liqasında isə pley-off mərhələsində turnirlə vidalaşıb.
© Copyright 2026, All Rights Reserved