“Real”dan qələbə! Peresə qarşı plakat
“Real Madrid” doğma meydanda “Ovyedo” üzərində inamlı qələbə qazanaraq El Klasiko məğlubiyyətini (0:2) unutdurmağa çalışıb.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 36-cı turunda “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmada Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib:
Real Madrid 2 - 0 Ovyedo
Q. Qarsiya 43’
J. Bellingem 79’
Görüş zamanı tribunalarda diqqətçəkən hadisələr də yaşanıb. Təhlükəsizlik əməkdaşları azarkeşlərin açdığı “Florentino, çıx-get” yazılı banneri tribunadan götürüb. Plakat azarkeşin əlindən alınıb.
İspaniya mətbuatının yaydığı məlumata görə, klub prezidenti Florentino Peres oyundan əvvəl bəzi azarkeşlərlə mübahisə də edib.
© Copyright 2026, All Rights Reserved