“Mançester Yunayted” Cob Bellingemi istəyir
“Mançester Yunayted” Cob Bellingemlə yenidən maraqlanmağa başlayıb.
90plus.az xəbər verir ki, İngiltərə klubu ötən yay da gənc yarımmüdafiəçini transfer etmək istəyirdi. Həmin dövrdə “Sanderlend”lə uğurlu mövsüm keçirən futbolçuya ciddi maraq olsa da, Cob böyük qardaşı Cud Bellingemin yolunu davam etdirərək Almaniyaya - “Borussiya Dortmund”a keçməyi seçmişdi.
20 yaşlı futbolçu Almaniyadakı karyerasına çətin başlasa da, sonradan əsas heyətin vacib oyunçularından birinə çevrilib. O, cari mövsümdə 44 oyunda meydana çıxaraq diqqətləri üzərinə çəkib.
“TEAMtalk”ın məlumatına əsasən, “Mançester Yunayted” rəhbərliyi Bellingemi yenidən yarımmüdafiə üçün əsas namizədlərdən biri hesab edir və klubun transfer siyahısına qaytarıb.
Qeyd: Cob Bellingem son aylarda göstərdiyi performansla Avropanın bir sıra aparıcı klublarının maraq dairəsinə düşüb.
© Copyright 2026, All Rights Reserved