Fransa: DÇ-2026 üçün yekun heyət! Kamavinqa yoxdur
Fransa millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı – Kamavinqa kənarda qaldı.
90plus.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam 2026 Dünya Çempionatı üçün yekun heyəti açıqlayıb. Siyahıda bir sıra diqqətçəkən qərarlar yer alıb. Xüsusilə “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanın heyətdən kənarda qalması böyük müzakirələrə səbəb olub.
Fransa millisinin heyəti belədir:
Qapıçılar:
Mayk Menyan, Bris Samba, Robin Risser
Müdafiəçilər:
Malo Qusto, Maksans Lakrua, Jül Kunde, Lukas Din, İbrahima Konate, Vilyam Saliba, Dayo Upamekano, Lukas Ernandes, Teo Ernandes
Yarımmüdafiəçilər:
Rayan Şerki, Orelyen Çuameni, Adrien Rabyo, N’Qolo Kante, Manyes Akliuş, Manu Kone, Varren Zair-Emeri
Hücumçular:
Usman Dembele, Bredli Barkola, Jan-Filip Mateta, Markus Türam, Dezire Due, Kilian Mbappe, Maykl Olise.
Didye Deşam heyətə daxil edilməyən Eduardo Kamavinqa barədə də açıqlama verib:
“Kamavinqa çətin mövsümdən çıxır. Çox oynamadı və çoxsaylı zədələri oldu. O hələ gəncdir. Mənim isə seçim etməli olduğum müəyyən struktur var”.
Bununla yanaşı, Kefren Türam, Korenten Tolisso, Randal Kolo Muani, El Junior Kroupi, Florian Toven, Esteban Lepol və Pyer Kalulu da yekun heyətə düşməyən futbolçular sırasında yer alıb.
© Copyright 2026, All Rights Reserved