Endrik “Real Madrid”ə dönür
Endrik bazar ertəsi yenidən “Real Madrid”ə qayıdacaq.
90plus.az xəbər verir ki, braziliyalı hücumçunun icarə əsasında çıxış etdiyi “Lion” mövsümdə son oyununu bazar günü keçirəcək və futbolçu ertəsi gün Madridə yollanacaq.
“O Globo”nun yaydığı xəbərdə bildirilir ki, Endrik qarşıdakı dünya çempionatına hazırlaşmaq üçün “Real Madrid” rəhbərliyindən Valdebebasdakı bazada məşq etmək icazəsi istəyib.
19 yaşlı futbolçu Fransa klubunda keçirdiyi uğurlu dönəmlə diqqət çəkib. O, “Lion”un heyətində meydana çıxdığı 20 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd: Endrikin gələcək mövsümdə "Real Madrid"in heyətində qalacağı, yoxsa yenidən icarəyə göndəriləcəyi hələlik dəqiqləşməyib.
© Copyright 2026, All Rights Reserved