Manuel Noyer milli siyahıda yer aldı
“Bayern Münhen”in qapıçısı Manuel Noyer Almaniya millisindəki karyerasını bərpa edə bilər.
90plus.az xəbər verir ki, baş məşqçi Yulian Nagelsmann təcrübəli qolkiperin adını 2026-cı il dünya çempionatı üçün təqdim olunan 55 nəfərlik ilkin siyahıya daxil edib.
“Sky Sport Germany”in jurnalisti Florian Plettenberqin yaydığı xəbərə əsasən, Noyer son günlər Nagelsmannla müsbət telefon danışıqları aparıb və bu səbəbdən onun milliyə dönüşü artıq real variant kimi qiymətləndirilir.
39 yaşlı qapıçı daha əvvəl Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. Buna baxmayaraq, Almaniya Futbol Federasiyasının FIFA-ya təqdim etdiyi geniş heyətdə onun da yer aldığı bildirilir. Noyer ilkin siyahıya daxil edilən 5 qapıçıdan biridir və Nagelsmann yekun heyətə böyük ehtimalla 3 qolkiper seçəcək.
Mənbənin məlumatına görə, “Bayern Münhen”in kapitanı mundiala həm əsas heyət üzvü, həm də ehtiyat qapıçı kimi gedə bilər.
Qeyd: Almaniya millisinin yekun heyəti mayın 21-də açıqlanacaq.
© Copyright 2026, All Rights Reserved