“Araz” 6 oyun sonra uddu
“Araz Naxçıvan” qələbə həsrətinə son qoydu – “Kəpəz” səfərdə məğlub oldu.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 32-ci turunda “Araz Naxçıvan” doğma meydanda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib:
Araz 2 - 0 Kəpəz
P. Andrade 45’
R. Maçado 90’
Qollar: https://t.me/doxsanplus/116939
Beləliklə, “Araz Naxçıvan” 6 oyunluq qələbə həsrətinə son qoyub. “Kəpəz” isə ardıcıl iki qələbədən sonra yenidən məğlubiyyətlə üzləşib.
Bu nəticədən sonra “Araz Naxçıvan” xalını 43-ə çatdıraraq 6-cı pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 27 xalla 10-cu sırada qalıb.
© Copyright 2026, All Rights Reserved