LASK 61 il sonra Avstriya çempionu oldu
LASK 61 illik həsrətə son qoyaraq Avstriya Bundesliqasının qalibi olub.
90plus.az xəbər verir ki, Linz təmsilçisi tarixində ilk dəfə 1965-ci ildən sonra ölkə çempionluğunu qazanıb. Bununla da klub 61 ildən sonra yenidən “qızıl dubl” etməyi bacarıb.
LASK bu mövsüm yalnız çempionatın deyil, həm də Avstriya Kubokunun qalibi olub. Klub sonuncu dəfə həm liqa, həm də kubok zəfərini birlikdə 1965-ci ildə yaşamışdı.
Beləliklə, LASK 2025/26 mövsümünü klub tarixinin ən uğurlu illərindən biri kimi başa vurub. Komandanın çempionluğu Avstriya futbolunda son illərin ən diqqətçəkən hekayələrindən biri hesab olunur.
Azarkeşlər Linzdə tarixi uğuru böyük coşqu ilə qeyd ediblər.
© Copyright 2026, All Rights Reserved