“Ayntraxt” baş məşqçi ilə sağollaşdı
“Ayntraxt Frankfurt” Albert Riera ilə yollarını ayırdı.
90plus.az xəbər verir ki, Frankfurt təmsilçisi baş məşqçi Albert Riera ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında dərhal xitam verilib. İspan mütəxəssis Almaniya klubuna cəmi təxminən 100 gün əvvəl təyin olunmuşdu.
Riera fevral ayında iki il yarımlıq müqavilə ilə “Ayntraxt Frankfurt”un baş məşqçisi olmuşdu. Lakin komanda onun rəhbərliyi altında mövsümü uğursuz başa vurub. Bundesliqada son 14 oyunda 4 qələbə qazanan Frankfurt təmsilçisi 5 heç-heçə edib, 5 dəfə isə məğlub olub.
Nəticədə komanda mövsümü 8-ci pillədə tamamlayaraq avrokuboklara vəsiqə qazana bilməyib. Bu, klubun 2020-ci ildən bəri ilk dəfə avrokuboklardan kənarda qalması deməkdir. Halbuki Frankfurt təmsilçisi mövsümə Çempionlar Liqasında başlamışdı.
Klubun rəsmi açıqlamasında Riera ilə yanaşı köməkçi məşqçilər Pablo Remon Arteta və Lorenzo Dolçetti ilə də əməkdaşlığın dayandırıldığı bildirilib:
Qeyd: Albert Riera futbolçu karyerası ərzində "Liverpul" və "Mançester Siti" kimi klublarda çıxış edib.
© Copyright 2026, All Rights Reserved