Mahir Emreli üçün ayrılıq siqnalı çalınır
Mahir Emrelinin gələcəyi sual altında: “Kayzerslautern”də ayrılıq siqnalı çalınır.
90plus.az xəbər verir ki, Almaniyanın “Kayzerslautern” klubunda mümkün heyət dəyişiklikləri fonunda Mahir Emreli ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.
SÜDWEST24 nəşrinin məlumatına görə, komandanın baş məşqçisi Torsten Liberknext azərbaycanlı hücumçu ilə bağlı qərarını verib və onun planlarda yer almadığını rəhbərliyə çatdırıb.
“Planlardan kənar qala bilər”
İddialara əsasən, alman mütəxəssis Emrelini növbəti mövsüm üçün heyətdə görmək istəmir. Bu səbəbdən futbolçunun artıq yeni klub axtarışına başlamasının gözlənildiyi bildirilir.
Statistik göstərici
"Kayzerslautern" forması ilə bu mövsüm 2-ci Bundesliqada və kubok yarışında ümumilikdə 12 oyuna çıxan Emreli 2 qol vurub.
Qeyd olunur ki, futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yay transfer dönəmində rəsmiləşməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved