Maykl Olise Bundesliqada mövsümün ən yaxşısıdır
Maykl Olise Bundesliqada mövsümün ən yaxşı futbolçusu seçilib. “Bayern Münhen”in fransalı vingeri möhtəşəm performansından sonra Almaniya futbolunun ən prestijli fərdi mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, 24 yaşlı futbolçuya mükafatı Bundesliqa rəhbərləri Mark Lents və Şteffen Merkel çempionluq mərasimindən əvvəl təqdim ediblər. Bununla Maykl Olise son illərdə bu mükafatı qazanan Harri Keyn, Florian Virts və Cud Bellinqem kimi ulduzların sırasına qoşulub.
Bundesliqa rəhbərliyi Olisenin mövsüm ərzindəki çıxışını “möhtəşəm” adlandırıb:
“Maykl Olise fərq yarada bilən futbolçudur. O, dinamikası, texnikası, stabilliyi və qolları ilə 2025/26 mövsümündə Bundesliqaya damğa vurub”.
Fransa millisinin üzvü cari mövsümdə Bundesliqada 15 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2019/20 mövsümündən sonra çempionatda bir mövsümdə həm 15 qol, həm də 15 assist həddini keçən ilk futbolçu olub.
© Copyright 2026, All Rights Reserved