Ayxan Abbasov: “Nəhayət, bu seriyanı dayandırdıq”
Ayxan Abbasov: “Güclü rəqibə qarşı vacib qələbə qazandıq”.
90plus.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turunda Turan Tovuz üzərində 3:2 hesablı qələbədən sonra oyunu dəyərləndirib.
Mütəxəssis matçın əhəmiyyətini və komandasının göstərdiyi mübarizəni xüsusi vurğulayıb:
“Evdəki son oyunumuz idi və azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. "Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Əsas məqsədimiz turnir cədvəlindəki yerimizi qorumaq idi”.
Abbasov “Şamaxı”nın bu rəqiblə keçmişdə yaşadığı uğursuz seriyanın da qırıldığını qeyd edib:
“Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olsa da, qalib gələ bilmirdik. Nəhayət, bu seriyanı dayandırdıq”.
Baş məşqçi həmçinin azarkeşlərə təşəkkür edib və mövsümün sonuna yaxınlaşdıqlarını bildirib:
“Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirəm. Qarşıda cəmi bir oyunumuz qalıb”.
Sonda isə o, klubun gələcəyi ilə bağlı xoş sözlər deyərək “Şamaxı”ya uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved