İtaliya Açıq turnirini Svitolina qazandı
İtaliya Açıq turnirinin finalında Elina Svitolina və Koko Qauf təxminən 3 saat davam edən gərgin matçda qarşılaşıb və ukraynalı tennisçi qalib gəlib.
90plus.az xəbər verir ki, Svitolina 3-cü dəfə İtaliyan Açıq titulunu qazanaraq Qaufu 3 setlik dramatik finalda məğlub edib.
O, 6-4, 6-7 (3-7), 6-2 hesabı ilə 2 saat 52 dəqiqə davam edən qarşılaşmada qalib gələrək gil kortda karyerasının 8-ci WTA titulunu əldə edib.
Qauf isə İtaliya Açıq finalında ardıcıl ikinci məğlubiyyətini yaşayıb.
© Copyright 2026, All Rights Reserved